Azərbaycan millisinin basketbolçusu Cordan Devis klubunu dəyişib.

 

22 yaşlı idmançı İspaniya "Baksi Manreza"sından Almaniyanın "Rasta Vexta" komandasına keçib. Onunla mövsümün sonunadək müqavilə bağlanılıb.

 

Devis Çempionlar Liqasında "Manreza"nın heyətində 5 oyuna orta hesabla 8,6 xal, 4,4 rebraun və 2,2 assist müəllifi olub. Azərbaycan pasportuna malik basketbolçu İspaniya Basketbol Liqasında meydana müntəzəm çıxa bilməyib. Bu, əcnəbilərə qoyulan limitlə əlaqədar olub.