AVRO-2020-nin seçmə mərhələsində Portuqaliya millisinin Litva yığmasını evdə 6:0 hesabı ilə məğlub etdiyi oyunda 3 qol vuran Kriştianu Ronaldo karyerasında 55-ci het-trikinə imza atıb.

 

Bu planda 34 yaşlı hücumçu üçün ən uğurlusu 2011-ci il olub. Ronaldu həmin vaxt 9 dəfə het-trik edib.

 

Qeyd edək ki, hazırda İtaliyanın “Yuventus” klubunun formasını geyinən Ronaldo indiyə qədər 705 qol vurub.