İtaliya millisinin sabiq üzvü Rikardo Motolivo karyerasını bitirib.

 

34 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında özünə qarşı biganəliyə görə bu qərarı verdiyini deyib:

 

“Bu andan etibarən futbolu bitirirəm. Ailəmlə birlikdə Milanda yaşamağa davam edəcəm. Bundan sonra nə edəcəyimi bilmirəm. “Milan” məni karyeramı bitirməyə vadar etdi. 7 ildən sonra azarkeşlərlə vidalaşa bilmədim. Mənə qarşı biganəlik, hörmətsizlik futbola olan ehtirasımı öldürdü. Heç kim mənimlə maraqlanmadı. zəng etmədi, danışıq aparmadı".

 

Qeyd edık ki, 2012-ci ildən “Milan”da çıxış edən Montolivo ötən mövsüm heç bir rəsmi qarşılaşmada iştirak etməyib. Onun “qırmızı-qaralar”la müqaviləsi 2019-cu ilin yayında bitmişdi.