"Liverpul"un futbolçusu Məhəmməd Salah Misir millisinin düşərgəsini tərk edib.

 

Buna səbəb onun zədələnməsidir. Tibbi müayinədən keçən 27 yaşlı hücumçunun İngiltərə Premyer Liqasının 12-ci turunda "Mançester Siti" ilə matçda zədələndiyi məlum olub.

 

 
Onun Afrika Millətlər Kubokunun seçmə mərhələsində Keniya (14 noyabr) və Komor adaları (18 noyabr) ilə görüşləri buraxacağı bildirilib.