Qazaxıstan Premyer Liqasında başa çatan mövsümün rəmzi heyəti məlum olub.

 

Jurnalistlər arasında keçirilən sorğuda 18-lik müəyyənləşdirilib.

 

Onlardan 11-i start, 7-si isə ehtiyat heyətdə göstərilib. "Tobol"da çıxış edən millimizin qapıçısı Emil Balayev də rəmzi 11-likdə yer alıb. O, "Astana"nın qolkiperi Nenad Eriçi qabaqlayaraq, mövsümün rəmzi komandasına düşüb. 

 

Rəmzi komandanın baş məşqçisi adına isə "Astana" il çempionluq qazanan Roman Qriqorçuk layiq görülüb.