Azərbaycan karateçiləri Belçikanın Lieg şəhərindəki beynəlxalq turnirdə 2 medal qazanıblar.

 

Suada Kərimova (16-17 yaşlı gənclər, kumite 47 kq) və Neda Rezai (böyüklər, kata) bürünc mükafata sahib olublar.

 

Beynəlxalq hakimlər - Cahangir Babayev və Vüqar Kərimov dəvət ilə turniri idarə edən hakimlər arasında olub. Belçikada müxtəlif yaşlı karateçilər arasında nüfuzlu yarışda 25 ölkədən 1125 idmançı iştirak edib.