"Everton"un futbolçusu Andre Qomeşin ayağı qırılıb.

 

Bu İngiltərə Premyer Liqasının 11-ci turunda "Tottenhem"lə oyunda baş verib.

 

Matçın 78-ci dəqiqəsində rəqib futbolçusu Son Hın Minlə mübarizə zamanı onun ayağı qırılıb. Hakim cənubi koreyalı futbolçunu qırmızı vərəqə ilə meydandan qovub. O, rəqibinin ayağını qırdığı üçün göz yaşlarını saxlaya bilməyib.

 

"Everton"un rəsmi saytı Andre Qomeşin ayaq sümüyünün qırıldığını təsdiqləyib. Portuqaliyalı yarımmüdafiəçinin yaxın günlərdə əməliyyat olunacağı bildirilib.