“Real”ın futbolçuları Qaret Beyl və Xames Rodriges “Betis”lə La Liqanın 12-ci turunun ev matçına axıradək baxmayıblar.
Zədələri səbəbindən bu oyunu buraxan futbolçular görüşün bitməsinə 10 dəqiqə qalmış “Santyaqo Bernabeu”nu tərk ediblər.
Xatırladaq ki, Beyl “Leqanes”lə matçı da axıradək gözləməmişdi.
Əlavə edək ki, Beyl və Xames bu hərəkətləri ilə klubun daxili qaydalarını pozmayıblar. Çünki “Real”ın zədəli oyunçuları final fiti səslənənə qədər stadionda qalmağa məcbur deyillər.