İtaliyanın Bari şəhərində para-taekvondo üzrə Avropa çempionatının ardından G4 kateqoriyalı "Extra Games" yarışlarına start verilib.
Azərbaycan idmançısı Qaşım Maqomedov yarışların ilk günü 58 kq çəki dərəcəsində mübarizəyə qatılıb. O, bürünc medala sahib olub.
Qeyd edək ki, G4 kateqoriyalı yarışda 6 idmançı mübarizə aparır. Millinin heyətində kişilərdən Qaşım Maqomedovla yanaşı, Cavad Ağayev (68 kq) və Radik İsayev (+80 kq), qadınlardan Patimat Abakarova (53 kq), Fəridə Əzizova (67 kq) və Zahra Fazel Kalxoran (+67 kq) yer alıb.