"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo "Arsenal"ı çalışdırmağa hazırdır.
Portuqaliyalı mütəxəssis London klubunda işləməyə müsbət baxır. Bildirilir ki, klub rəhbərliyi hazırkı baş məşqçi Unai Emerini istefaya göndərəcəyi təqdirdə, Mourinyo "Arsenal"dan gələcək mümkün təklifi dəyərləndirəcək.
Qeyd edək ki, Mourinyo 2018-ci ilin dekabrında "MY"dan ayrıldıqdan sonra məşqçilik karyerasına fasilə verib.