Futbol üzrə Moldova millisinin yeni baş məşqçisi müəyyənləşib.
Komanda Engin Fırata həvalə olunub. 49 yaşlı türkiyəli mütəxəssis bu postda baş məşqçi səlahiyyətlərini müvəqqəti yerinə yetirən Semyon Altmanı əvəzləyib.
Onunla AVRO-2020-nin seçmə mərhələsinin sonuna qədər müqavilə bağlanılıb. H qrupunda yer alan Moldova millisi 8 turdan sonra 3 xalla sonuncu yerdədir. Komanda noyabrın 14-də Fransanın qonağı olacağı halda, 3 gün sonra İslandiyanı qəbul edəcək.
Qeyd edək ki, son olaraq ABŞ-ın “Dallas Siti” klubunun texniki direktoru qismində çalışmış Engin Fırat karyerası ərzində daha çox köməkçi-məşqçi funksiyasını yerinə yetirib.