“Mançester Yunayted”in zədəli futbolçusu Pol Poqbanın durumuna aydınlıq gəlib.    

 

Bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer İngiltərə mətbuatına açıqlamasında bildirib. O, fransalı yarımmüdafiəçinin dekabra qədər yaşıl meydanlardan uzaq qalacağını deyib.      

 

Qeyd edək ki, Poqba “Mançester Yunayted”in avqustun 31-də, Premyer Liqanın 4-cü turunda “Sauthempton”la qarşılaşdığı oyunda (1:1) zədələnmişdi.