Oktyabrın sonuncu bazar günü bir çox Avropa ölkəsinə qış vaxtına keçidlə əlaqədar olaraq saat əqrəbləri bir saat geri çəkilib.

 

Bu səbəbdən Avropada bir sıra önəmli idman yarışlarının başlama saatında avtomatik dəyişilik olacaq.

 

Məsələn, bundan sonra Çempionlar Liqasının və Avropa Liqasının Avropa ölkələrində keçiriləcək oyunları bu mövsümdə bu günə qədər olduğu kimi, Bakı vaxtı ilə saat 20.55 və 23.00-da deyil, 21.55 və 00.00-da başlanacaq. Bu proses gələn həftədən başlayaraq gələn ilin martın son bazar gününə, Avropada yay vaxtına keçid olana qədər davam edəcək.

 

Xatırladaq ki, Azərbaycanda qış və yay vaxtına keçid ləğv olunub.