Azərbaycanın şahmat üzrə kişi və qadınlardan ibarət milli komandaları Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında ilk görüşlərini keçirir.
Kişilərdən ibarət yığma birinci turda Serbiyanı məğlub edib. Rauf Məmmədov və Qədir Hüseynov qələbə qazanıb, Şəhriyar Məmmədyarov isə heç-heçə edib. Arkadi Naydiçin görüşü davam etsə, Azərbaycan komandası artıq qələbəni təmin edib.
Qadınlardan ibarət yığma isə hazırda Latviya ilə üz-üzə gəlir və bütün qarşılaşmalar davam edir. Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan milli komandası 3 dəfə Avropa çempionu olub. İsveçrə sistemi üzrə keçiriləcək turnir 9 turdan ibarət olacaq.
Kişilər Serbiya - Azərbaycan - 0,5:2,5 Alensandr İndiç - Şəhriyar Məmmədyarov - 0,5:0,5 Nikola Sedlak - Arkadi Naydiç Milan Zaiç - Rauf Məmmədov - 0:1 Velimir İliç - Qədir Hüseynov - 0:1 Qadınlar Latviya - Azərbaycan Dana Reiznetse-Ozola - Günay Məmmədzadə Laura Roqule - Xanım Balacayeva İlze Berzina - Ülviyyə Fətəliyeva Elizabet Limanovska - Gülnar Məmmədova