İspaniya millisinin kapitanı Serxio Ramos yığmanın sabiq qapışısı İker Kasilyasın rekordunu yeniləyib.

33 yaşlı müdafiəçi millinin heyətində ən çox oyun keçirən futbolçu olub. O, Norveçlə görüşdə 168-ci oyununa çıxıb. Bu göstərici ilə Ramos millinin əfsanəvi qapıçısı İker Kasilyası geridə qoyub.

2016-cı ildə milli karyerasını başa vuran Kasilyas yığmada 167 oyun keçirib.

 
Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən İspaniya millisinin uğurları üçün çalışır.