PSJ futbolçusu Neymarla yeni müqavilə imzalamaqla bağlı danışıqlara başlayıb.

Fransa mətbuatının yaydığı xəbərə görə, Paris klubu braziliyalı hücumçu ilə müqavilənin müddətini 2024-cü ilin yayına kimi uzatmaq istəyir. Bildirilir ki, tərəflər arasında ilkin danışıqlar müsbət nəticələnib.

 
Qeyd edək ki, Neymarın PSJ ilə hazırkı müqaviləsi 2022-ci ilin iyununa kimidir.