UEFA bir müddət əvvəl 5 oyunluq cəzalandırdığı Xorvatiya millisinin və “Milan”ın üzvü Ante Rebiçlə bağlı yeni qərar verib.

Qurumun rəsmi saytı xəbər verir ki, Rebiçin cəza müddəti 4 oyuna endirilib.

Rebiç “Ayntraxt”da (Frankfurt) çıxış edərkən Avropa Liqasının pley-off mərhələsinin “Strasburq”la oyunda (3:0) hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanmışdı.

Qeyd edək ki, Rebiç "Milan"da icarə əsasında çıxış edir.