Edison Kavani ilə Tyaqo Silva yayda PSJ-ni tərk edə bilərlər.

Paris nəhəngi bu futbolçularla müqaviləni uzatmaq niyyətində deyil. Hər iki futbolçunun müqaviləsi 2020-ci ilin yayında başa çatır.

Əslində, klub Kavaniyə yeni müqavilə təklif etməyi planlaşdırırdı. Ancaq hücumçunun bu yaxınlarda zədələnməsi rəhbərliyi fikrindən döndərib.

Uruqvaylı futbolçu PSJ-ni tərk etsə, xeyli təklif alacağı da dəqiqdir. Onunla “Atletiko”, “Napoli”, “İnter”, “Mançester Yunayted” maraqlanır.