UEFA Çempionlar Liqasında çıxış edən futzal üzrə Azərbaycan çempionu “Araz” ötən gün ilk oyununu keçirib.

Ölkə çempionu "De Bres Arena”da Belçika çempionu “Halle-Gooik” klubu ilə qarşılaşıb. 

Görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb. “Araz”ın heyətində Xətai Bağırov fərqlənib.

Azərbaycan təmsilçisi növbəti oyununu oktyabrın 10-da Portuqaliyanın “Benfika” klubuna qarşı keçirəcək.