"Espanyol" baş məşqçisi David Qaleqonu istefaya göndərib.
Buna komandanın La Liqada uğursuz çıxışı səbəb olub. 51 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, "Espanyol" ölkə çempionatında 5 xalla 19-cu pillədə qərarlaşıb.