AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Xorvatiya matçının hakim təyinatında dəyişiklik edilib. Sladan Yosipoviçin səhhətində problem yarandığı üçün yan xətt hakimi funksiyasını Alain Heyniqer yerinə yetirəcək. Azərbaycan – Xorvatiya matçını İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sandro Şörer olacaq. Sentybarın 9-da, 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 20:00-da start götürəcək. AÇ-2020-nin seçmə mərhələsi9 sentyabr 20:00 Azərbaycan - XorvatiyaBaş hakim: Sandro ŞörerBaş hakimin köməkçiləri: Stefane De Almeyda, Alain HeynigerDördüncü hakim: Fedayi San (Hamısı İsveçrə) Hakim-inspektor: Aleksandru Dekanu (Rumıniya)UEFA nümayəndəsi: Sergey İliç (Belarus) Bakı. 8-ci km stadionu.