“Ankaragücü”nün yeni baş məşqçisi müəyyənləşib. Super Liqa təmsilçisi Mətin Diyadinə tapşırılıb. 51 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. “Əskişəhərspor”, “Rizəspor”, “Trabzonspor”, “Orduspor”, “Kasımpaşa”, “Gənclərbirliyi” kimi klubları çalışdırmış Diyadin son olaraq “Göztəpə”nin baş məşqçisi olub. O, 2014-cü ildən işsiz idi. “Ankaragücü”nü son olaraq Mustafa Kaplan çalışdırırdı. Lakin o, iyun ayında istefa vermişdi. Həmin dövrdən bəri Ankara təmsilçisində baş məşqçi vəzifəsini müvəqqəti olaraq klubun idman direktoru Adnan Erkan yerinə yetirirdi. Komanda yeni mövsümə də onun rəhbərliyi altında hazırlaşıb. Super Liqanın geridə qalan 3 turunda onun çalışdırdığı kollektiv 1 qələbə, 2 heç-heçə sayəsində 5 xalla 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.