"Barselona"nın kapitanı Lionel Messi hər mövsümün sonunda klubu ilə müqaviləni ləğv etmək hüququna malikdir.32 yaşlı argentinalı hücumçunun müqaviləsində belə bir bənd olduğu məlum olub.“Barselona”dan isə Messinin bu şərti ilə razı olduqları açıqlanıb: “Messinin istənilən mövsümün sonunda getməsi təklifini qəbul edirik. Onun kimi oyunçulara başqa klubla müqavilə bağlamaq çətindir. Bu yaşda oyunçular üçün belə qərarlar vermək asan olmur".Qeyd edək ki, Messi 2005-ci ildən “Barselona”da çıxış edir. O, buna qədər katalonlarla 8 dəfə müqaviləsini yeniləyib