Türkiyənin "Beşiktaş" komandasından ayrılan Rikardu Kuarejmanın yeni komandası müəyyənləşib. 35 yaşlı yarımmüdafiəçi Türkiyənin "Kasımpaşa" klubuna keçib. Portuqaliyalı oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmir. Qeyd edək ki, Rikardu Kuarejma 2010 - 2012-ci illərdə və 2015-ci ildən "Beşiktaş"ın formasını geyinib.