Beynəlxalq Şahmat Federasiyası (FIDE) dünya çempionu adı uğrunda final qarşılaşmasının formatını dəyişdirdiyini açıqlayıb.

Partiyaların sayı 12-dən 14-ə yüksəldilib. İstirahət günlərinin sayı isə 6-dan 5-ə endirilib. 

Bundan əlavə, final iştirakçıları 40-cı gedişə qədər heç-heçəyə razılaşa bilməzlər.

FIDE vaxta nəzarət kontrolunda da bəzi dəyişikliklər edib və uduş fondunun məbləğini 2 milyon avroya qədər artırıb.