“Leyptsiq” Almaniya millisinin də formasını geyinən Timo Vernerlə müqavilənin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu klubu ilə 2023-cü ilin sonunadək müqavilə bağlayıb. “Ştutqart”ın yetirməsi olan Verner 2016-cı ildən “Leyptsiq”də çıxış edir. O, bu komandada 116 oyuna çıxıb, 62 qol vurub. Almaniya yığmasında 25 oyun keçirən hücumçu millidə 25 oyuna qola imza atıb.