Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - mətbuat katibi polkovnik Anar Eyvazov və Nazirliyin digər rəsmiləri QSC-nin əməkdaşları ilə görüşüblər.

 

Görüş zamanı Azərbaycan-Türkiyə-Özbəkistan üçtərəfli əməkdaşlığı çərçivəsində keçirilən “Birliyin Gücü-2026” təliminin işıqlandırılmasında göstərdikləri xidmətlərə görə AzTV-nin bir sıra əməkdaşları Azərbaycan Respublikası müdafiə naziri general-polkovnik Zakir Həsənov adından fəxri fərmanlarla təltif olunublar.