Azərbaycan ağırlıqqaldıranı Fuad Həsənov Rusiyada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı Açıq Kuboku turnirində bürünc medal qazanıb.
Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 130 kiloqram ağırlığı ram edib.
Təmsilçimiz təkanla qaldırmada 160 kiloqram nəticə göstərib. İki hərəkətin cəmində 290 kiloqram nəticəyə imza atan atlet yekunda üçüncü olub.