Minifutbol üzrə Azərbaycan millisi Avropa reytinqində ikinci pillədə qərarlaşıb.
Bu barədə Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.
Elşad Quliyevin baş məşqçisi olduğu komanda Avropa Minifutbol Federasiyasının açıqladığı reytinqdə 1480 xalla ikinci sırada yer alıb.
Serbiya (1515) birinci, Rumıniya (1200) üçüncü olub.