Noyabrın 15-də “Bakı – Dünya İdman Paytaxtı 2026” tədbirləri çərçivəsində “Sea Breeze” ərazisində “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib.
Nazirlikdən verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan İdman Rəqsləri Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstandan olan rəqqaslar iştirak ediblər.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və federasiya prezidenti Əli Həşimli çıxış ediblər.
Müsabiqə çərçivəsində iştirakçılar “samba”, “ça-ça-ça”, “rumba”, “paso doble” və “cive” rəqs növləri üzrə bacarıqlarını nümayiş etdiriblər.
Sonda qaliblər mükafatlandırılıb.