Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatına yekun vurulub.

 

Azərbaycan komandası yarışı 4 medalla bitirib.

Yığmanın heyətində Coşqun Əliyev (60 kiloqram) və Xalid Məmmədov (66 kiloqram) qızıl, Aydın Əzizov (81 kiloqram) gümüş, Eltun Məmmədov (73 kiloqram) isə bürünc medal əldə ediblər. Yarışda 9 idmançı ilə təmsil olunan Azərbaycan 4 medal qazanaraq, kişilər arasında komanda hesabında 2-ci olub.