Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxıb.

 

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, təmsilçimizin Portuqaliyada yerli “Sportinq” klubu ilə gərgin keçən qarşılaşması “Xilasedici”nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bakıda keçirilmiş ilk oyunda rəqib eyni hesabla qalib gəldiyindən mərhələnin taleyi qızıl setdə həll olunub.

Həlledici setdə də inamlı oyun nümayiş etdirən “Xilasedici” 15:13 hesabı ilə qalib gələrək CEV Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.