Qazaxıstanın Şımkent şəhərində Əməkdar məşqçi, akademik Mərdan Saparbayevin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasından verilən məlumatan görə, ənənəvi yarışda U-20 milli komandanın məşqçisi Akif Əliyevin rəhbərliyi altında iki güləşçimiz fəxri kürsüyə qalxıb.
77 kiloqramda baş tutan Azərbaycan finalında qardaşı Cavad Məmmədova 3:1 hesabıyla qalib gələn Davud Məmmədov çempion olub. Belədə C.Məmmədov isə gümüş medala sahib çıxıb.