Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov çəki dərəcəsi ilə bağlı qərarını verib.

 

Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, idmançı 73 kiloqram çəki dərəcəsində mübarizə aparmağa davam edəcək.

O, oktyabrın 29-dan 31-dək Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçiriləcək “Böyük Dəbilqə” turnirində də bu çəkidə qüvvəsini sınayacaq.

Qeyd edək ki, cüdo üzrə milli komandaların performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman Bakıda keçirilən dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında Hidayət Heydərovun çəki ilə bağlı ciddi problemi olduğunu, 73 və ya 81 kiloqram çəki dərəcələri arasında seçim etməli olduğunu bildirmişdi.