Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsində III tura yekun vurulacaq.
Son oyun günündə 9 qarşılaşma keçiriləcək.
Türkiyənin “Qalatasaray” klubu Fransada “Lill” komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Bundan başqa, “Bavariya” “Arsenal”ı, “Real Madrid” isə “Leypsiq”i sınağa çəkəcək, “Mançester Yunayted” “Komo”nun qonağı olacaq. “Sabah”ın liqa mərhələsindəki rəqiblərindən olan Norveçin “Vikinq” komandası isə İngiltərədə “Aston Villa” klubu ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
III tur
21 oktyabr
20:45. "Lill" (Fransa) – "Qalatasaray" (Türkiyə)
20:45. "Komo" (İtaliya) – "Mançester Yunayted" (İngiltərə)
23:00. "Bavariya" (Almaniya) – "Arsenal" (İngiltərə)
23:00. "Real Madrid" (İspaniya) – "Leysiq" (Almaniya)
23:00. "İnter" (İtaliya) – "Şaxtyor" (Ukrayna)
23:00. "Sportinq" (Portuqaliya) – LASK (Avstriya)
23:00. "Aston Villa" (İngiltərə) – "Vikinq" (Norveç)
23:00. "Brügge" (Belçika) – "Lans" (Fransa)
23:00. "Real Betis" (İspaniya) – "Feyenoord" (Niderland).