“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasında II turun rəmzi komandasına daxil edilib.
“Sofascore” portalı Çexiyanın “Slaviya Praqa” komandası ilə matçdakı çıxışına görə qazaxıstanlı qapıçıya 9,7 bal verib və onu turun ən yaxşı qolkiperi seçib.
Xatırladaq ki, görüş “Sabah”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Stas Pokatilov matç ərzində 6 seyv edərək komandasının qapısını toxunulmaz saxlayıb. Qapıçı 26 uzun ötürmədən 10-nu dəqiq yerinə yetirib. O, həmçinin 13 dəfə topu ələ keçirib və ümumilikdə 51 dəfə topla təmasda olub. Pokatilovun qapıçı seyvləri üzrə göstəricisi 1,2476 əmsal təşkil edib. Qapıçının inamlı oyunu “Sofascore” tərəfindən 9,7 balla qiymətləndirilib.
Bu, “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasında növbəti oyununu oktyabrın 20-də Bakı Olimpiya Stadionunda Almaniyanın “Borussiya Dortmund” komandasına qarşı keçirəcək.