“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi dörd ev oyunu üçün paket biletlərin satışının oktyabrın 1-də başa çatacağını açıqlayıb.

 

Klubdan bildirilib ki, paket biletlər azarkeşlərə “Sabah”ın “Slaviya Praqa” (Çexiya), “Borussiya Dortmund” (Almaniya), “Barselona” (İspaniya) və “Napoli” (İtaliya) komandalarına qarşı keçirəcəyi qarşılaşmaları stadiondan izləmək, həmçinin bütün dörd oyunda eyni yerdə əyləşmək imkanı yaradır.

Qeyd olunub ki, paket biletlərə azarkeşlərin marağı gözləntiləri üstələyib.

Paket biletlərin satışı oktyabrın 1-i saat 12:00-da dayandırılacaq. Bundan sonra klub hər bir qarşılaşma üçün fərdi biletlərin satışına başlayacaq.