Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü başa çatıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Mercedes”in britaniyalı pilotu Corc Rassel birinci olub.
“Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen ikinci, “Ferrari”nin monakolu pilotu Şarl Lekler üçüncü pillədə yer alıb.
Bu gün, həmçinin saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.