“Sea Breeze Resort” ərazisində, “Havana Beach”də keçirilən çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirinin ilk günü yekunlaşıb.

 

İlk qarşılaşmada İsveçrənin “Sankt Moritz” kollektivi Böyük Britaniyanın “Red Star” klubunu məğlub edib - 7:6. Günün ikinci matçında isə Azərbaycanın “Elit” klubu Rusiyanın “Moskva” komandası ilə qarşılaşıb. Görüş Azərbaycan komandasının 7:3 hesablı qələbəsi ilə bitib.

Bununla da yarımfinal cütlükləri müəyyənləşib. Belə ki, “Elit” “Red Star”a, “Sankt Moritz” “Moskva”ya rəqib olub. Qarşılaşmalar sabah baş tutacaq.

Qeyd edək ki, tədbirin rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və “Sea Breeze”dir. Turnirdə Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edir. Yarışda ümumilikdə 12 poloçu mübarizə aparır. Komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən idmançılar yer alır. Turnirə sentyabrın 13-də yekun vurulacaq.