"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib.
Azərbaycan çempionu rəqibləri Bakı Olimpiya Stadionunda qəbul edəcək.
Qeyd edək ki, tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanan “Sabah” İspaniyanın “Barselona”, Almaniyanın “Borussiya Dortmund”, İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya Praqa” klubları ilə evdə, İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal” və Norveçin “Vikinq” komandaları ilə isə səfərdə qarşılaşacaq. Bakı klubu ilk matçını sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcək.