Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında pley-off matçına çıxacaq.
Faiq Qarayevin baş məşqçi olduğu komanda 1/8 finalda Türkiyə yığması ilə üz-üzə gələcək.
Qarşılaşma İstanbul şəhərində yerləşən "Sinan Erdem" idman zalında, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanıb.