Cənubi Koreyanın paytaxtı Seulda boccia üzrə dünya çempionatı başa çatıb.

 

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, BC2 kateqoriyasında mübarizə aparan Sona Ağayeva bürünc medal qazanıb.

İdmançı dünya reytinqinin 3-cü pilləsində qərarlaşan cənubi koreyalı Ahyonq Çoi üzərində qələbə qazanaraq fəxri kürsüyə qalxıb.

Bu, boccia idman növündə Azərbaycan paralimpiya hərəkatında Avropa və dünya çempionatlarında qazanılmış ilk medal kimi