Azərbaycanın idman dırmanması üzrə milli komandasının üzvləri Fransanın Laval şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

 

Azərbaycan Alpinizm Federasiyasından bildirilib ki, avqustun 28-dən 30-dək davam edəcək yarışda ölkəmizi Çingiz Tağızadə, Leyla Əhmədova və Sima Səfərova təmsil edəcəklər.

İdmançılar sürət və çətinlik növlərində mübarizə aparacaqlar.

Azərbaycan komandasına yarışda Aysel Sultanova rəhbərlik edəcək.