Fransanın "Monako" klubu yarımmüdafiəçi Pol Poqba ilə müqaviləyə xitam verib.
Klubun mətbuat xidməti bu barədə məlumat yayıb, tərəflər müqavilənin ləğvinə dair qarşılıqlı razılıq əldə ediblər.
Fransalı futbolçunun müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulmuşdu.
Qeyd edək ki, P.Poqba 2025/2026 mövsümünün hazırlıq dövründə "Monako"ya keçmişdi. O, Fransa yığmasının heyətində 2018-ci ildə dünya çempionu olub.