Almaniyanın "Borussiya" (Dortmund) klubu Niderlandın PSV komandasının və yığmanın yarımmüdafiəçisi Coui Vermanı heyətinə qatıb.

Bundesliqa klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, 27 yaşlı futbolçu ilə müqavilənin müddəti 2031-ci il iyunun 30-dək nəzərdə tutulub.

Yarımmüdafiəçi karyerası ərzində ölkəsinin "Volendam" və "Herenven" klublarında da çıxış edib.

Qeyd edək ki, C.Verman 2022-ci ilin yanvarından formasını geyindiyi PSV-nin heyətində keçirdiyi 198 matçda 31 qol vurub. O, Eyndhoven təmsilçisi ilə 3 dəfə Niderland çempionu olub, 2 dəfə ölkə Kubokunu, 3 dəfə isə Superkubokunu qazanıb. Futbolçu Niderland millisinin heyətində 16 oyunda 1 qolla yadda qalıb.