Niderlandın "Ayaks" klubu İspaniya təmsilçisi "Barselona"nın müdafiəçisi Yofre Torrentsi heyətinə qatıb.

Amsterdam təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, 19 yaşlı futbolçu ilə müqavilənin müddəti 2030-cu ilədək nəzərdə tutulub.

AS-ın məlumatına görə Niderland təmsilçisi transfer üçün bonuslar nəzərə alınmaqla təxminən 6 milyon avro ödəniş edəcək. "Barselona" müdafiəçinin növbəti satışından 50 faiz pay almaq hüququnu özündə saxlayıb.

Qeyd edək ki, Kataloniya klubunun yetirməsi olan Y.Torrents əsas komandada 4 matç keçirib.