Braziliyanın "San-Paulu" klubu ingiltərəli hücumçu Ceymi Vardiyə azad agent kimi komandaya keçməyi təklif edib.

İnsayder Fabritsio Romanonun yaydığı xəbərə görə, 39 yaşlı futbolçu hazırda bir neçə variantı dəyərləndirir.

Onun gələcək klubu ilə bağlı yekun qərar hələ verilməyib.

Qeyd edək ki, C.Vardi 2012–2025-ci illərdə "Lester"də çıxış edib. O, 2025/2026 mövsümünü İtaliya A Seriyasında "Kremoneze" komandasında keçirib.