İtaliyanın "Yuventus" klubu Kolumbiya millisinin futbolçusu Con Lukumini transfer edir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Turin təmsilçisi 28 yaşlı müdafiəçinin keçidi üçün "Bolonya" ilə anlaşıb. "Yuventus" cənubi amerikalı oyunçuya görə 20 milyon avro ödəyəcək. Futbolçu həftəsonu tibbi müayinədən keçəcək.
Xatırladaq ki, Con Lukumi 2022-ci ildən "Bolonya"da çıxış edir.