İtaliyanın "Roma" klubu "İnter"in yarımmüdafiəçisi Luis Enrikenin transferi üçün bu komanda ilə razılıq əldə edib.
Paytaxt təmsilçisi 24 yaşlı braziliyalı futbolçu üçün 30 milyon avro ödəyəcək.
Transferin reallaşması üçün "Roma" futbolçunun özü ilə razılığa gəlməlidir. Braziliyalı oyunçunun keçidində baş məşqçi Can Pyero Qasperini maraqlıdır.
Qeyd edək ki, L.Enrike ötən mövsüm bütün turnirlərdə keçirdiyi 43 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. Daha əvvəl Fransanın "Marsel" klubunda çıxış etmiş futbolçunun dəyəri "Transfermarkt" portalı tərəfindən 22 milyon avro qiymətləndirilir.