Roberto Martines Niderland yığmasının baş məşqçisi ola bilər.

"De Telegraaf" xəbər verir ki, Niderland Kral Futbol Assosiasiyası ispaniyalı mütəxəssislə danışıqlara başlayıb.

DÇ-2026-dan sonra Portuqaliya millisindən ayrılan 53 yaşlı mütəxəssis hazırda işsizdir. O, 2023-cü ilin yanvarından Portuqaliya yığmasına rəhbərlik edirdi.

Qeyd edək ki, Niderland millisinin baş məşqçi postu DÇ-2026-dan, Ronald Kumanın istefaya göndərilməsindən sonra boş qalıb.